Bakıda qonşu qonşunu bıçaqlayıb

11 Oktyabr 2021 08:00

Bakının Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Şərbətov Emin Kərim oğlu qonşuluqda yaşayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı E.Şərbətova 3 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az