Bakı sakininə küçədə 8 bıçaq zərbəsi vurulub

11 Oktyabr 2021 07:41

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Elşən Mehdiyev küçəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əlislamov Asif Nazim oğlu küçədə tanıdığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az