Bakıda gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb

11 Oktyabr 2021 07:32

Bakının Sabunçu rayon sakini evdə iş görərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində baş verib.

24 yaşlı Mahir Məmmədov yaşadığı binanın mansardasında yüksək gərginlikli elektrik cərəyanına toxunub. Nəticədə M.Məmmədov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az