Antibiotik vurulan şəxs qəfildən ölüb

10 Oktyabr 2021 23:34

Naxçıvan MR sakini Naftalan şəhərində qəfildən dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, 1986-cı il təvəllüdlü Qasımov Daşqın Ədalət oğlu Naftalanda müvəqqəti olaraq yaşadığı evdə antibiotik iynənin vurulması nəticəsində halı pisləşib. Təcili tibbi yardım xidmətinə məlumat verilsə də, o, dünyasını dəyişib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Milli.Az