Nar yığmağa gedən qadın qəflətən öldü

10 Oktyabr 2021 22:55

Yevlaxdan işləmək üçün Bərdəyə gələn qadın ürək tutmasından ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bərdə rayon Alpout kəndinə nar yığmaq üçün gələn Yevlax rayon sakini, 1960-cı il təvəllüdlü Tağıyeva Nüşabə Qaryağdı qızı ürək tutmasından dünyasını dəyişib.

Qadınnın iş yoldaşlarının verdiyi ilkin məlumata görə, qadın özünü pis hiss etdiyini deyib.

Daha sonra qadının vəziyyətinin pisləşdiyini görən iş yoldaşları onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az