Jelatinlə cavanlaşdırıcı maskalar. Ani nəticə!

14 Oktyabr 2021 02:02

Jelatin dərini cavanlaşdırır, kiçik qırışları daha az görünən, dərini isə daha dartılmış edir.

Sizə tərkibində jelatin olan 2 effektli maska təqdim edirik. Birinci maska istənilən üz dərisi üçün, ikinci maska isə yağlı üz dərisi üçün istifadə oluna bilər.

- 1 çay qaşığı jelatini 3 xörək qaşığı ilıq suda isladın və tam əriyənə kimi gözləyin. Bananın 1/3 hissəsini blenderdə əzin, hərəsindən 2 damcı A və E vitamini yağda (apteklərdə satılır) əlavə edin. Daha sonra tam ərimiş jelatini əlavə edib yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və uzanın (üzünüz hərəkətsiz olmalıdır). Maska tam quruyandan sonra üzünüzü ilıq süddə isladılmış pambıq tamponla ehtiyatla silin və qidalandırıcı krem çəkin.

- 1 çay qaşığı jelatini 3 xörək qaşığı ilıq süddə isladın və tam əriyənə kimi gözləyin. 2 xörək qaşığı yulaf yarması ("herkules") üyüdün və jelatinlə çarışdırın. 1 çay qaşığı zeytun yağı və 1/2 çay qaşığı limon şirəsi əlavə edib yaxşı qarışdırın. Maska çox duru alınarsa yenə bir qədər yulaf unu əlavə edin. Maskanı yaxşı qarışdırın və təmiz üz dərisinə çəkin. Maska tam quruyandan sonra üzünüzü ilıq suda isladılmış pambıq tamponla ehtiyatla silin və qidalandırıcı krem çəkin.

Milli.Az