Yolu keçmək istəyən uşağı maşın vurdu

10 Oktyabr 2021 20:35

Tərtərdə yolu keçmək istəyən yeddi yaşlı uşağı maşın vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tərtər rayonu, Xoruzlu kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədova Gülşən Allaverdi qızı kənd ərazisində yolu keçmək istəyən zaman onu VAZ 2106 markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan azyaşlı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vəziyəti ağır olan G.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az