Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 34-ə çatıb

10 Oktyabr 2021 20:09

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən ölənlərin sayı 34 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə vilayət hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ümumilikdə saxta spirtli içkidən 67 nəfər zəhərlənib. Onlardan 34-ü ölüb, 24-ü isə xəstəxanadadır. Müalicə alanlardan 7-nin vəziyyəti ağırdır, 4-ü isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az