Yunanıstanda 200-dən çox evi su basıb

10 Oktyabr 2021 18:51

Yunanıstanda leysan yağışlardan sonra Evbei adasında 200-dən çox evi su basıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bir neçə saat davam edən leysan yağışlardan sonra yerli dağ çayı daşıb.

Eyni zamanda bir çox yollar su altında qalıb.

Aqia Anna, Axladi və Kotsikia yaşayış məntəqələrində də leysan yağışlar ciddi problemlərə yol açıb.

Tələfat barədə hələlik məlumat daxil olmayıb.

Milli.Az