"Legiya" Mahirlə birlikdə daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyib

10 Oktyabr 2021 18:45

Yay transfer dönəmində "Qarabağ"dan Mahir Emrelini transfer edən "Legiya"nın hədəfində daha bir azərbaycanlı futbolçu olub. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Mahiri detallı şəkildə analiz etmək üçün "Qarabağ"ın oyunlarını izləyən klub təmsilçilərinin diqqətini daha bir həmyerlimiz - Elvin Cəfərquliyev çəkib. 

Əldə etdiyimiz məlumata görə, Polşa təmsilçisi 21 yaşlı oyunçu üçün də hərəkətə keçməsinə baxmayaraq, "Qarabağ" son anda futbolçunu buraxmaqdan imtina edib və mayın sonunda cinah müdafiəçisi ilə 3 illik yeni müqavilə imzalayıb. 

Milli.Az