İranın əlindəki nüvə silahı dünyanı dəyişəcək - Bennett

11 Oktyabr 2021 05:05

İranın nüvə proqramı ən inkişaf etmiş mərhələdədir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennett deyib.

"İsrail Tehranın heç vaxt nüvə silahı istehsal edə bilməməsi üçün məsuliyyət daşıyır. Belə bir ekstremist və qəddar rejimin əlindəki nüvə silahları bölgənin və dünyanın simasını dəyişəcək. Bu bizim üçün strateji yox, var olmaq problemidir", - Bennett bildirib.

Milli.Az