Qızına görə özünə qoyduğu qadağanı qaldırdı

11 Oktyabr 2021 02:02

Rusiyanın Xalq artisti Alla Puqaçova pandemiya dövründə kornavirusa yoluxmamaq üçün heç bir tədbirə qatılmayıb. Müğənni bütün gününü malikanəsində keçirib, evinə qonaq da qəbul etməyib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni qızı Kristina Orbakayte üçün uzun müddətdən sonra ilk dəfə bir məclisə qatılıb. Puqaçova övladına məxsus olan ətirin təqdimat mərasiminə yollanıb.

Özəl günündə Orbakayteni tək qoymayan 72 yaşlı Alla obyektivlər qarşısına keçərək fotolar da çəkdirib.

Milli.Az