"Netflix"in işində qüsurlar yaranıb

12 Oktyabr 2021 21:55

"Netflix" servisinin işində qüsurlar yaranıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, şikayətlərin çoxu ABŞ, Böyük Britaniya və Almaniyada qeydə alınıb.

Şikayətçilərin əksəriyyəti videoları izləməkdə çətinlik çəkdiyini bildirib.

Milli.Az