ABŞ ordusu təbiətdən ilham alaraq mikro PUA-lar inkişaf etdirir

12 Oktyabr 2021 23:50

ABŞ Hərbi Hava Qüvvələri təbiətdən ilham alaraq mikro PUA-lar inkişaf etdirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə ABŞ HHQ-nin Tədqiqat Laboratoriyası məlumat yayıb.

Tədqiqatçılar quşların və böcəklərin bioloji xüsusiyyətlərini əsas götürərək hava əməliyyatları və döyüş meydanında müşahidə aparmaq üçün PUA-lar hazırlayacaqlar.

Mühəndislər uçan həşərat və quşların instinktiv hərəkətlərini həyata keçirmək üçün süni mexanizmlərlə manipulyasiya edərkən çətinliklə üzləşirlər. Qeyd olunan çətinliyi aşmaq üçün araşdırmalar davam edir.

Milli.Az