Rusiyada son sutkada koronavirusdan 962 nəfər ölüb

10 Oktyabr 2021 16:52

Rusiyada son sutka ərzində daha 28 647 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 7 775 365 nəfərə çatıb.

Son sutka ərzində 962 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 216 415 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra altıncı yerdə gəlir.

Milli.Az