Ermənistanda COVİD-19-a yoluxanların sayı 272 356 nəfərə çatıb

10 Oktyabr 2021 16:37

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 272 356 nəfərə çatıb.

Milli.Az bildirir ki, ötən sutka ərzində daha 1151 nəfər COVİD-19-a yoluxub, 20 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı nəfərə 5549 çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1227 nəfərə yüksəlib.

Milli.Az