Pikassonun tablosu 24,6 milyon dollara satıldı

10 Oktyabr 2021 18:30

Pablo Pikassonun "Femme accroupie" əsəri hərracda 24,6 milyon dollara satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Honkonqda keçirilən hərracda tablo 1954-cü ildə çəkilib.

Sözügedən hərracda həmçinin Vinsent Van Qoqun natrümortu 9,1 milyon dollara satılıb.

Çinli rəssam Sanyunun "Yatmış çılpaq" əsəri isə həmçinin 10,3 milyona sahibini tapıb.

Milli.Az