Bu, dünyanın ən təsirli hava-hava raketi ola bilər

10 Oktyabr 2021 15:37

K-77M - dünyanın ən təsirli "hava-hava" raketi ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Military Watch" hərbi xəbər portalındakı məqalədə deyilir.

Məqalədə Su-57 qırıcısı üçün xüsusi olaraq hazırlanmış K-77M hava-hava raketinin uçuş məsafəsinin 190 kilometrdən çox olduğu və bununla da Rusiya təyyarəsinin qərbli rəqiblərinə qarşı üstünlük qazandığı bildirilir.

Həmçinin K-77M-in Rusiyanın raket üstünlüyünün bərpasında və Rusiya Hərbi

Hava Qüvvələrinin ABŞ-ın AIM-260 kimi yeni nəsil raket təhdidlərinə qarşı müqavimətində əsas rol oynaya biləcəyi vurğulanıb.

Milli.Az