Vaqif Cavadov "uğursuz transfer" hesab olundu
3 May 2010 21:16
Vaqif Cavadovun Hollandiyanın "Tvente" futbol klubuna keçidi uğursuz transfer hesab olunur. Fanat.az xəbər verir ki, bu qənaətə Hollandiya mətbuatı gəlib.
Belə ki, Hollandiyanın elfvoetbal.nl saytı "Tvente"nin çempionluğuna toxunarkən Vaqifin transferinin uğursuz olduğunu göstərib: "Naşat Ekrem və Vaqif Cavadov kimi futbolçular "Tvente"də debüt edə bilmədi. Çünki onları optimal formaya sala bilmədilər. Maklarenin bəxti gətirdi ki, "Tvente" çempion oldu. Buna görə də uğursuz transferlər heç kimin yadına düşmədi.
/Fanat.az/