Rusiyada dəhşətli təyyarə qəzası: 19 ölü, 3 yaralı var - VİDEO - FOTO

10 Oktyabr 2021 10:47

Tatarıstanda L-410 təyyarəsinin ekipajı aeroportla əlaqəni itirib.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sərnişinləri paraşütçülər olan L-410 təyyarəsi Tatarıstanda qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarədə 22 nəfər olub. Hava gəmisində 20 paraşütçü və 2 ekipaj üzvü var idi. Onlardan 19 nəfərin öldüyü, 3 nəfərin ağır yaralandığı bildirilir.

Milli.Az