Serbiya millimizlə matça ciddi itki ilə çıxacaq

10 Oktyabr 2021 10:14

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.

Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Hazırda davam edən matçın 22-ci dəqiqəsində cəzalandırılan "Monako"nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb. Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.

Qeyd edək ki, Serbiya - Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.

Milli.Az