9 yaşlı uşağı maşın vurub öldürdü

10 Oktyabr 2021 10:09

Ağdaşda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Nemətabad kənd sakini, 2012-ci il təvəllüdlü Əbilov Yusif Mehman oğlu  yolu keçmək istəyən zaman onu "VAZ - 2106" markalı  minik avtomobili vurub.

Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az