Qazaxıstanda koronavirusa daha 1 863 nəfər yoluxub

10 Oktyabr 2021 10:29

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 863 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 903 924 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 530 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 358 nəfər, hazırkı dövrədək isə 846 012 nəfər sağalıb.

Milli.Az