Konqoda Ebola xəstəliyinə yeni yoluxma hadisəsi qeydə alınıb

10 Oktyabr 2021 09:49

Konqonun Beni şəhərinin sakinləri ölkədə son Ebola epidemiyasının sona çatdığını elan etdikdən 5 ay sonra xəstəliyin yeni yayılması hadisəsinin təsdiqləndiyi xəbərini aldıqları üçün narahatlıqlarını ifadə ediblər. Epidemiyanın son yayıldığı müddətdə altı nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə ABC News televiziya kanalı xəbər verib.

Ölkənin Səhiyyə Nazirliyi və Milli Biotibbi Araşdırmalar İnstitutundan verilən məlumata görə, təxminən 3 yaşında olan uşaq Ebola xəstəliyi simptomlarının aşkar edildikdən sonra Beni şəhərindəki Butsili xəstəxanasına göndərilib.

Uşaq oktyabrın 6-da vəfat edib. Virusa yoluxması ilə bağlı testlərin nəticələri müsbət çıxıb.

Milli.Az