Peruda 5,7 bal gücündə zəlzələ baş verib

10 Oktyabr 2021 09:39

Peruda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Kusko şəhərindən təxminən 200 km şimalda olub. Zəlzələnin ocağı 13,5 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az