Misirdə yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq

10 Oktyabr 2021 09:35

Misir ayın sonuna qədər 12-18 yaş yeniyetmələr arasında yeni koronavirusa qarşı vaksinasiyaya başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirliyin nümayəndəsi bildirib: "Nazirliyin peyvəndlərin təhlükəsizliyi və effektivliyi sahəsində araşdırmaları başa çatmaq üzrədir və bu yaş qrupu arasında vaksinasiya oktyabr ayında başlayacaq".

Peyvəndlərin "Pfizer" şirkətinin dərmanı ilə edilməsi planlaşdırılır.

Milli.Az