Kriştianu Ronaldu bir matçda üç rekordu qırıb

10 Oktyabr 2021 09:30

"Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyunu zamanı eyni anda üç rekordu qırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 36 yaşlı hücumçu yığmanın heyətində 181-ci oyuna çıxıb. Bu, Avropa oyunçuları üçün tarixdə ən yaxşı nəticədir. O, Qətərlə matçda meydana girərək ispaniyalı Serxio Ramosu keçib.

37-ci dəqiqədə K.Ronaldu qol vurdu. Vurduğu top hücumçu üçün milli komandalar səviyyəsindəki 112 -ci qol oldu. Belə ki, o, milli komandada vurduğu qol sayı üzrə göstəricisini yaxşılaşdırıb. Bundan başqa K.Ronaldu karyerasında 46-cı milli komandaya qarşı oyunda fərqlənib - bu həm də dünya rekordudur.

Milli.Az