Sağ partiyaların koalisiyası Çexiyada parlament seçkilərində qalib gəlib

10 Oktyabr 2021 09:15

Sağ liberal Vətəndaş Demokrat Partiyası, Xristian Demokratlar və "Ənənə Məsuliyyət Rifah 09" partiyasından ibarət "Birlikdə" partiya koalisiyası Çexiya Parlamentinin Deputatlar Palatasına (aşağı palata) seçkilərdə qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 99,9 faiz səslər hesablandıqdan sonra CNN Prima NEWS televiziya kanalı Çexiya statistika idarəsinə istinadən bildirib.

Məlumata əsasən, "Birlikdə" 27,77 faiz seçici səsi toplayıb. Baş nazir Andriy Babişin ANO ("Narazı vətəndaşların hərəkəti") hərəkatı 27,15 səs toplayıb. Lakin buna baxmayaraq parlamentin aşağı palatasında təmsil olunan ən güclü partiya sayılır: o, parlamentdəki 200 yerdən ən azı 70 -ni tutacaq.

Milli.Az