"Keşlə" "Sumqayıt"ı məğlub etdi

9 Oktyabr 2021 20:47

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" bu gün yoxlama oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda "Keşlə" ilə qarşılaşıb.
 
"ASK Arena"da keçirilən görüşdə Bakı təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az