Azərbaycanda oynamış futbolçu həbs edildi

9 Oktyabr 2021 13:54

Vaxtilə ölkəmizdə çıxış edən Nika Kvekveskiri Polşada həbs olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bu il "Lex"ə keçən gürcüstanlı yarımmüdafiəçi sərxoş vəziyyətdə avtomobil sürüb. Bu səbəbdən polis onu həbs edib. 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Nika Kvekveskiri Azərbaycanda "İnter" (2015-16) və "Qəbələ"nin (2016-17) formasını geyinib.

Milli.Az