Gürcüstanda koronavirusdan ölənlərin sayı 9 221 nəfərə çatıb

9 Oktyabr 2021 16:42

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 844 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki,bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 631 563, xəstəlikdən ölənlərin sayı isə 9 221 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 598 468 nəfərin sağaldığı bildirilir.

Milli.Az