"Qarabağ" "Liverpul"la bir sırada

3 May 2010 19:43
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın 350 ən yaxşı klubunun siyahısını açıqlayıb.

Fanat.az xəbər verir ki, siyahıya yenə cəmi bir Azərbaycan klubu düşüb.

350 ən yaxşı arasındakı yeganə təmsilçimiz "Qarabağ" ötən ayla müqayisədə 17 pillə geriləyib. Ötən ay 261-ci olan Ağdam klubu bu dəfə 278-ci yerə yuvarlanıb (75 xal). Komandamızın bu yerdə 4 rəqibi var. Belə ki, "Qarabağ" Uruqvayın "Liverpul" və "CA Penarol Montevideo", Yunanıstanın "Aris" və Liviyanın "Əl-Əhli" klubları ilə 278-282-ci pillələri bölüşür.

Dünən qazandığı Hollandiya çempionluğu Vaqif Cavadovun komandası "Tvente"nin geriləməsinə mane olmayıb. Enşende təmsilçisi 25-ci pillədən 33-cü yerə yuvarlanıb.

Siyahıya yenə 322 xalla "Barselona" başçılıq edir. 293 xalı olan Argentinanın "Estudiantes" klubu ikinciliyini qoruya bilib. Ötən a  11-ci olan "İnter" Çempionlar Liqasının yarımfinalında "Barselona" üzərindəki qələbə sayəsində birdən-birə 3-cü pilləyə yüksəlib.

Türkiyənin "Qalatasaray" klubu 18-ci pillədən 20-ci yerə düşüb. "Fənərbaxça" 6 pillə geriləyərək, 26-cı olub.

/Fanat.az/