Batumidə dağıntılar altından 4 nəfərin meyiti çıxarılıb

9 Oktyabr 2021 08:38

Gürcüstanın Batumi şəhərində çökmüş binanın dağıntıları altından 4 meyit çıxarılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, onlardan biri uşaqdır.

Ərazidə təmizləmə və axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, indiyədək bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb.

Milli.Az