Azərbaycan güləşçisi dünya çempionu olub

8 Oktyabr 2021 23:05

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov final görüşündə çıxış edib.

Milli.Az bildirir ki, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.

Milli.Az