Aygün Kazımova qızına ad günü etdi - VİDEO

8 Oktyabr 2021 19:08

Xalq artisti Aygün Kazımova dünən qızı İlqarəyə ad günü keçirib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur müğənninin qızı 31-ci doğum gününü qeyd edib. 

A. Kazımova qızı ilə birgə fotosunu İnstaqram hesabında yayımlayıb. O, paylaşıma "Gözümün ağı- qarası, günəşim, ayım",- şərhini yazıb. 

Xatırladaq ki, İlqarə Xalq artistinin İlqar İbrahimovla evliliyindən dünyaya gəlib.

Milli.Az