Patron və gilizlərin Rusiyadan ixracına qadağa qoyuldu

31 May 2023 18:22

Rusiyada mülki və xidməti silahlar üçün nəzərdə tutulan patron və gilizlərin ixracına qadağa qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb.

Bildirilir ki, qadağa cari ilin dekabrın 31-nə qədər qüvvədə olacaq. Bununla belə, bu, Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan patron və gilizlərə şamil edilmir.

Məlumata görə, sözügedən qərar Rusiyanın maraqlarının qorunmasının təmin edilməsinə yönəlib.

Milli.Az