Gürcüstanda yaşayış binası çöküb - VİDEO

8 Oktyabr 2021 12:54

Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Hadisə yerində axtarış işləri davam etdirilir. Binanın çökmə səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az