Ermənistanda son sutkada koronavirusdan 33 nəfər ölüb

8 Oktyabr 2021 17:30

Ermənistanda son sutkada daha 1 202 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 268 874-ə yüksəlib.

Son sutkada 33 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı isə 5 499-a yüksəlib.

Virusdan 246 559 nəfər sağalıb. Hazırda 16 490 pasiyent müalicə olunur.

Milli.Az