Rusiyada qanda antitellər kovid immunitetinin göstəricisi hesab edilmir - SƏBƏB

8 Oktyabr 2021 22:49

Rusiya Səhiyyə nazirliyi koronavirus antitellərini təyin edən testlərin dəqiqliyinə şübhə ilə yanaşdığından, antitel analizinin immunitet göstəricisi kimi qəbul olunmasını yanlış hesab edir.

Milli.Az xəbər verir ki, nazir Mixayil Muraşko təkcə bir testlə covid 19 immunitetinin səviyyəsini ölçmək hələ ki, olmaz.

"Antitel titrləri hətta normal yüksək olsa da koviddən etibarlı müdafiə var demək deyil.

Tam əmin olub yekun qərar vermək üçün tədqiqatların nəticəsini gözləmək lazımdır, onlar isə hələ bitməyib.

Rusiyalıların antitel testlərinə marağı, həvəsi başadüşüləndir, hər kəs peyvənddən sonra nə qazandığını görmək istəyir.

Lakin hələ alimlər konkret hansə səviyyədə antitelin qoruyucu olduğunu dəqiq bilmir. Bunu yarım ilə aydınlaşdıra bilərik.

Ona görə hər 6 aydan bir bu məsələlər aydınlaşana kimi, antitel analizi vermədən, təkrar peyvənd olunmaq lazımdır". /medicina.az

Milli.Az