Gənc ailələr üçün sferik evlər - FOTO

10 Oktyabr 2021 20:04

Litvada "sferik evlər" layihəsi futuristik ailə şəhərciyinin bir hissəsi olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, layihə nəhəng panoramik pəncərələrin tətbiqini təklif edən "DO Architects" memarlıq və dizayn şirkəti tərəfindən hazırlanıb.

Kənardan nəhəng boruları xatırlatsa da, bu evlər, əslində, 3 mərtəbəli yaşayış sahəsindən ibarətdir. Sferik evlər tavandan-tavana qədər olan pəncərələr sayəsində maksimum miqdarda təbii işığın düşməsinə imkan verir. Belə evlər daha çox müasir həyat tərzi sürən gənc ailələr üçün uyğundur.

Milli.Az