Məşhur kulinariya kanalı Şuşadan yayımlandı - VİDEO

8 Oktyabr 2021 12:24

Yutub platformasında bir milyondan çox abunəçisi olan "WILDERNESS COOKING" layihəsinin çəkiliş heyəti Şuşa şəhərində olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, kanalın məşhur aşpazı, həmçinin, çəkiliş heyəti 28 ildən sonra Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinin gəzməli-görməli yerlərini ziyarət ediblər.

Daha sonra məşhur aşpaz Cıdır düzündə Azərbaycan milli mətbəxinin dadlı təamlarını hazırlayaraq öz məharətini göstərib.

Milli.Az