"Səsdən sürətli elektrik təyyarəsi yaratmaq istəyirəm" - Mask

8 Oktyabr 2021 09:54

Amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu Elon Mask şaquli qalxma və enmə qabiliyyətinə malik səsdən sürətli elektrik təyyarəsi yaratmaq istəyini bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Mask bununla bağlı tvitter səhifəsində yazıb.

Mütəxəssis əlavə edib ki, hazırda kifayət qədər vaxtı yoxdur: "Səsdən sürətli elektrik təyyarəsini yaratmaq istərdim, amma daha çox iş, əmək sərf etsəm, beynim sadəcə partlayacaq". 
Milli.Az