Müğənniyə ağır itki

8 Oktyabr 2021 09:24

90-cı illərin sevilən müğənnisi Eda Özülküyə ağır itki üz verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin atası vəfat edib.

Sənətçi sosial şəbəkədə birgə fotolarını paylaşaraq hisslərini belə ifadə edib:

"Sən yanımda olanda heç canım ağrımadı. İlk dişim çəkiləndə qucağına oturdum, səsim çıxmadı. Əyri-üyrü avtomobil idarə edəndən də sənin səsin çıxmadı. Sənin tələbənəm. Toy günümdə göz yaşlarını gizlətmək üçün yataq otağına qaçmağın da ağlımdadır. Yaxşı, görməmişəm ağladığını. Sən həmişə güvəndin bizə".

Milli.Az