Rusiyada saxta içkidən 11 nəfər öldü

7 Oktyabr 2021 23:32

Rusiyanın Orenburq vilayətində 11 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 4 nəfər isə zəhərlənmə diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az