ABŞ İraqdan çıxır

7 Oktyabr 2021 23:29

ABŞ hərbi qüvvələrini İraqdan çıxarmağa başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İraq Baş naziri Mustafa Əl-Kazıminin mətbuat xidməti yayıb.

Çəkilmə prosesinin dekabrın 31-dək tamamlanacağı bildirilib.

Proses İraq Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığı və beynəlxalq koalisiya qüvvələri arasındakı plana görə həyata keçiriləcək.

Qeyd edək ki, çəkilmə prosesi barədə qərar sentyabrın 17-də açıqlanmışdı.

Milli.Az