Türkiyədə bu gün koronavirusdan 217 nəfər ölüb - FOTO

7 Oktyabr 2021 22:39

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 152 nəfər test edilib, onların 30 019-nun koronavirus testi pozitiv nəticə verib, 32 240 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 111 674 310 peyvənd tətbiq edilib ki, bunun 87,54 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Milli.Az