Britaniyada son sutkada koronavirusdan 122 nəfər ölüb

7 Oktyabr 2021 22:37

Böyük Britaniyada son sutka ərzində 40 701 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 046 390 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 122 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 137 417 nəfərə çatıb.

Milli.Az