Bu qadın Türkiyə prezidenti olmaq istəyir – İddia müzakirə yaratdı

7 Oktyabr 2021 22:33

Türkiyənin müxalifətdə olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş lideri Səlahəddin Dəmirtaşın xanımı Başak Dəmirtaş prezident seçkisində iştirak etməyə hazırlaşır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə "Hüriyyət" qəzetinin köşə yazarı Ahmet Hakan çıxış edib.

"HDP-dən prezidentliyə mümkün namizəd Başak Dəmirtaşdır", - köşə yazarı qeyd edib.

O, Başak Demirtaşın müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) bağlı T24 telekanalına qonaq qismində çağrılmasının təsadüfi olmadığını deyib: "Başak Dəmirtaş məşhur müxalifət kanalında qonaq olaraq dəvət edildi. Nə baş verir?"

Ahmet Hakanın Başak Dəmirtaşla bağlı irəli sürdüyü iddia müzakirə mövzusuna çevrilib.

Türkiyədə prezident seçkisi 2023-cü ildə keçiriləcək.

Milli.Az