İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində ABŞ sürətli katerini təqib etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Milli.Az bildirir ki, videogörüntüləri iranlı jurnalistlər sosial şəbəkələrdə yayandan soqnra ABŞ-ın Hərbi-Dəniz Qüvvələri olayı təkzib ediblər.
"Son vaxtlar ABŞ və İran HDQ-lərinin gəmilərinin iştirakı ilə Fars Körfəzində heç bir təhlükəli və qeyri-peşəkar qarşılıqlı təmaslar olmayıb", - ABŞ Hərbi-Dəniz Qüvvələrinin 5-ci Donanmasının nümayəndəsi Timoti Houkins deyib.
Videogörüntülərin harada və nə zaman çəkildiyi, olayın təfərrüatları bəlli deyil.
Milli.Az