Yaponiyada zəlzələ: yaralılar var

7 Oktyabr 2021 21:16

Yaponiyanın paytaxtı Tokioda 6,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Meteorologiya İdarəsi məlumat yayıb.

Sunami təhlükəsi elan edilməyib. İkinci yeraltı təkanlar barədə xəbərdarlıq elan edilib.

Zəlzələ nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

Milli.Az